Rəhbərlik

Ramin Qədirov

Şirkətin daxilində professional, məsuliyyətli, əməksevər, bacarıqlı və mehriban kollektivin şirkətin inkişafında böyük rolu olmuşdur. Şirkətin hər bir üzvünün özünə məxsus iş bacarıqı və təcrübəsi vardır.
Satış müdiri Ramin Qədirov şirkətin ən təcrübəli işçilərindən biridir. О uzun illər satış müdiri vəzifəsində çalışmışdır. Ramin Qədirov öz karyerasına və karyera yüksəlişinə 1998-ci ildən qədəm qoymuşdur.

İş təcrübəsi:
1998 - 2008 «Azersun Distribusiyya şirkəti » - Satış meneceri.
2008 - 2011 «Unical Dad» Biskvit şirkəti - Kommersiya Direktoru.
2011 - 2014 ООО «Avrorа» - Satış müdiri.
Avrorada işləyən zaman Jack Daniels, Finlandia, Jameson, Chivas Regal, Baileys, Jim Beam kimi bir şox dünya brendi içkilərinin satışı ilə məşqul olmuşdur.
2014 - 2019 «Gilan Holding» Çörək zavodu – Kommersiya Direktoru.
2019-cu ildən etibarə isə Trion Trade şirkətində Satış müdiri kimi çalışır.
O, 9 supervayzer, 45 satış nümayəndəsi, 15 frilanser, 10 merçendayzer kimi böyük satış komandasının idarəçisidir.

image-1

Raul Məmmədov

Biznesin inkişafı şöbəsi də şirkətin ən əsas hissəsindən biridir. Bu şöbənin Baş meneceri Raul Məmmədovdur. O da öz fəaliyyətinə və karyera yüksəlişinə artıq 1998-ci ildən başlamışdır.

İş təcrübəsi:
1998 - 2003 «P & G» şirkəti – Satış meneceri.
2003 - 2009 г. “Мazarina” MMC Distributor şirkəti – Supervayzer, Brend Menecer, Regional Müdir.
“Мazarina” şirkətində işlərkən o, Gəncə şərab №2 , “Johnson&Johnson”, “Ontex”, “Colgate-Palmolive”, “Bella” brendlərin satışı ilə məşğul olmuşdur.
2009 - 2016 “Sham Fi – International” (Pirar, Pepsi-Co, Frito-Lay).
2018-ci ildən etibarən isə Trion Trade şirkətinin Biznes İnkişafı üzrə Baş meneceri vəzifəsində çalışır.

image-2